Ukrayna təyyarəsi qəzaya uğrayıb

22 Aprel 2022 16:31 (UTC+04:00)

Kiyev administrasiyası AN-26 yük təyyarəsinin ölkənin cənubunda Zaporojyada qəzaya uğradığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya ordusu isə gecə saatlarında Ukraynada 58 hədəfə hava hücumu təşkil edildiyini bildirib.

Ukrayna AN-26 hərbi yük təyyarəsinin qəzaya uğradığını açıqlayıb. Yerli hakimiyyət ölkənin cənubundakı Zaporojyada baş verən qəzada ölənlərin olduğunu bildirib. Məlumata görə, AN-26 texniki uçuş zamanı qəzaya uğrayıb.

Rusiya ordusu isə cümə axşamından cümə gününə keçən gecə Ukraynada 58 fərqli hədəfə hava hücumu təşkil edildiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyi S-300 hava hücumundan müdafiə sistemlərinin vurulduğunu iddia edib.