Bankdakı işim 12 dəqiqə çəkdi - APARICI ETİRAF ETDİ

22 Aprel 2022 15:06 (UTC+04:00)

Televiziya sahəsinə 17 yaşından gələn aparıcı Zümrüd Bədəlova ailə qurduqdan sonra sənətdən getmişdi. SİA xəbər verir ki, boşandıqdan sonra yenidən aparıcılıq fəaliyyətini davam etdirən aparıcı ötən gün İTV-də yayımlanan “Fatehin divanı” verilişinin qonağı olub.

Proqram zamanı başqa işdə də çalışdığını etiraf edən Bədəlova, “Mən bankda da çalışmışam. Bu, mənim ikinci geri dönüşümdən öncə idi. Düşündüm ki, artıq televiziyada çalışa bilməyəcəyəm. Dedim, qoy daha bir ağır, ciddi sferada özümü yoxlayım. Bankdakı işim 12 dəqiqə çəkdi. Hansı ki, çox gözəl məvacibi var idi, gördüm ki, o otaqda otura bilmərəm. Mən gərək ora-bura qaçam. Oturanda elə bilirdim ki, efirdəyəm. İnsanın canı, qanı öz sevdiyi işə bağlı olmalıdır" deyib.