Məni tanıyan insan geyimimə qarışmaz - MÜĞƏNNİ DANIŞDI

22 Aprel 2022 11:34 (UTC+04:00)

“Evlilik üçün sevgi vacibdir desəm, camaat deyəcək ki, əşi, onun üçün pul lazımdır. Amma mənim üçün sevgi vacibdir. İnsanlar bir-birini sevəndə, komfortları üçün hər şey edəcəklər - işləyəcəklər də, qazanacaq da, gələcəklərini təmin də edəcək. Sevgi insana bir çox şeyə motivasiya verir”. SİA xəbər verir ki, bu sözləri Xəzər TV-də yayımlanan “Səhər mərkəzi” proqramına açıqlamasında müğənni Səmra Rəhimli deyib.

Səmra aparıcı Tural Əsədovun “Evlənəcəyin şəxs “oxuma” desə, neyləyəcəksən” sualına isə “Qəbul etməyəcəyəm” deyə cavab verib. Müğənni bununla bağlı “Bir insan səni sevirsə, olduğun kimi qəbul edir. Sevməyəndə səni dəyişməyə çalışır" deyib.

A.Gəncəlinin “Sevdiyin şəxs “oxu, amma geyimini dəyiş” desə, necə reaksiya verərsən” sualını da müğənni, “Bu sənətdə hər kəsi tanıyırsız ki, kim necə insandır. Məni doğrudan tanıyan insan geyimimə qarışmaz. Həyatımda kişi olsa da, olmasa da, özümü apara bilirəm, artıq hərəkət etmirəm. Nə vaxtsa özüm istəyərəm başqa cür geyinə bilərəm. Bu qərara özüm gələ bilərəm, kimsə mənə bunu desə, xətrimə dəyər” şəklində cavablayıb.