Rusiyanın Ukraynaya hücumları davam edərkən, ABŞ və Kanada bir çox rus şəxslərə və qurumlarına sanksiya tətbiq edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ və Kanadanın sanksiyalarına cavab olaraq Rusiya ABŞ-ın vitse-prezidenti Kamala Harris və Meta şirkətinin baş direktoru Mark Zukerberq də daxil olmaqla 29 ABŞ vətəndaşı və 61 Kanada vətəndaşına sanksiya tətbiq etmək qərarına gəlib. Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Harris və Zukerberqdən başqa ABŞ dövlət katibi Antoni Blinkenin həyat yoldaşı, Ağ Evin baş katibi Ron Klain, Ağ Ev Nazirlər Kabinetinin katibi Evan Rayan, müdafiə nazirinin müavini və bəzi yüksək vəzifəli şəxslər var. Nazirlik ABŞ rəsmiləri və şəxslərə qarşı sanksiya qərarının Rusiyaya tətbiq edilən sanksiyalara qarşılıq olduğuna diqqət çəkib.
Xarici İşlər Nazirliyi siyahıda yer alan şəxslərin Rusiyaya girişinə qadağa qoyulduğunu bildirərək, bu şəxslərin Kanada administrasiyasının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq rusofobik təbliğat apardıqlarını və sanksiya siyahısına daxil edildiyini açıqlayıb.