Serbiyalı tennisçi bunu “dəlilik” adlandırır

22 Aprel 2022 07:26 (UTC+04:00)

Dünyanın bir nömrəsi tennis ustası Novak Cokovic Uimbldon turnirinin təşkilatçıları tərəfindən Rusiya və Belarus oyunçularına qadağa qoyulmasını “dəlilik” adlandırıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, serbiyalı tennisçi bu qərarın ədalətsiz olduğunu bildirib.

Qeyd edək ki, turnir təşkilatçıları aprelin 20-də Ukraynadakı vəziyyətə görə bütün Rusiya və Belarus oyunçularını builki çempionatlardan kənarlaşdırmaq barədə qərar verib.

Məhz bu qərar nəticəsində kişilər arasında dünyanın ikinci nömrəsi tennis ustası rusiyalı Daniil Medvedev və qadınlar arasında dördüncü yeri tutan belaruslu Aryna Sabalenka cari ilin yayında keçiriləcək Böyük Dəbilqə turnirində iştirak edə bilməyəcəklər.