Bakı sakinini avtomobil vurub

22 Aprel 2022 03:59 (UTC+04:00)

Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.

1987-ci il təvəllüdlü Məmmədov Azər İbrahim oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O,xəstəxanaya yerləşdirilib.

Faktla bağll Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.