""Erməni soyqırımı" onların uydurduqları yalançı bir soyqırımdır. Ermənistanın bu cür davranışlarını yalnız xəstəlik adlandırmaq olar". Bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
Onun sözlərinə görə, ermənilər illərdir bu qondarma "soyqırımı" gündəmə gətirmək istəyirlər: " Ermənilər hər zaman soyqırımlar törətmişlər, amma bunu guya ermənilərə edilən "soyqırım" kimi təqdim etmişlər. Biz onlara lazımi cavabı verdik. 44 günlük müharibədən Zəfər qazanaraq ermənilərə kim olduqlarını göstərdik. Ermənistan dövləti, erməni xalqı anlamalıdırlar ki, özlərinin törətdikləri vəhşilikləri, insanlığa sığmayan hərəkətləri başqalarının üzərinə yıxmaqla heç nə əldə edə bilməzlər. Bu ermənilərin uydurduqları bir "soyıqırım"dır. Heç bir dövlət belə uydurma soyqırımları yaradaraq öz dövlətini başqa dövlətlərlə düşmən etməz. Amma Ermənistan yanlış tarixlərlə böyük bir nəsli bir-birinə düşmən etmək istəyirlər. Onlar hələ də tam ağıllanmayıblar. Ona görə də onların bu gün də qondarma "soyqırımı"nı qeyd etməsi gözlənilən bir hal idi. Vətən müharibəsindən sonra onların bir qismi ağıllansa da bir qismi hələ də hiylələrə yol atır".