Azərbaycanlı futbolçu sevgilisi olduğunu açıqladı

21 Aprel 2022 12:47 (UTC+04:00)

Ötən gün ulduz futbolçu Mahir Emreli sevgilisi olduğunu açıqlayıb. SİA xəbər verir ki, sevgilisinin də Zaqrebdə yaşadığını söyləyən Emreli “Sevgilim var. Həmçinin, qardaşım da buradadır . Anamla bacım da yanıma gələcək. Çox çölə çıxmıram, əsasən evdə oluram. Mən Zaqrebi sevirəm, bura Bakıya bənzəyir. Balaca şəhərdir”, - deyə bildirib.

Xatırladaq ki, “Dinamo Zagreb”də oynayan Mahir Emrelinin bir müddət bundan əvvəl bir xanımla şəklini paylaşması diqqət çəkmişdi.