İtaliyada koronavirus qurbanlarının sayı 162 mini ötüb

21 Aprel 2022 07:46 (UTC+04:00)

İtaliyada son sutka ərzində koronavirus qurbanlarının sayı 205 nəfər artaraq, 162 min 98-ə yüksəlib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, ötən 24 saatda ölkədə 99 min 848 nəfər COVID-19 infeksiyasına yoluxub. İtaliyada koronavirusa yoluxanların sayı ümumilikdə 15 milyon 858 min 442-yə çatıb.

Hazırda reanimasiya şöbəsində olanların sayı 413, aktiv COVID-19 xəstələrinin sayı isə 1 milyon 206 min 900 nəfərdir.

İtaliyada pandemiya dövründə 14 milyon 489 min 444 nəfər virusdan sağalıb.