İlk sıfır emissiya yük gəmisi istifadəyə verilir

21 Aprel 2022 03:34 (UTC+04:00)

Elektriklə işləyən 62 metr uzunluğundakı "Asahi" yük gəmisi aprelin sonunda Tokio körfəzinə üzəcək.

SİA-nın əldə etdiyi məlumata görə, "Asahi" adi yük gəmiləri ilə müqayisədə daha az səs-küy və vibrasiyaya səbəb olur.

Bu xüsusiyyətə görə göyərtəsində daha çox ekipaj üzvü yerləşdirə bilir. Ümumilikdə 100 elektromobil akkumulyator tutumu olan yük gəmisi ilk mərhələdə dəniz nəqliyyat vasitələrinə yanacaq doldurmaq üçün istifadə olunacaq.