Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

20 Aprel 2022 22:56 (UTC+04:00)

Türkiyədə yeni tip korona virusundan (Covid-19) aprelin 20-də 18 nəfər dünyasını dəyişib.

Bir gündə 158 min 523 test edilib. Gündəlik yoluxma sayı 3.668-dir.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 17.857-dir.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 147 milyon 386 min 767-yə yüksəlib.