“Eskişehir simidi” coğrafi göstərici kimi qeydiyyata alındı

20 Aprel 2022 22:21 (UTC+04:00)

“Eskişehir simidi” Türkiyə Patent və Ticarət Nişanları İdarəsi (Türk Patent ve Marka Kurumu - TÜRKPATENT) tərəfindən coğrafi göstərici kimi qeydiyyata alındı. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Əskişəhər Ticarət Palatasından (Eskişehir Ticaret Odası - ETO) verilən məlumata görə, 23 dekabr 2019-cu ildə edilən müraciətə əsasən, Əskişəhər simitinin coğrafi işarəsi ETO tərəfindən verilib. Bununla şəhərin ETO tərəfindən qeydə alınan məhsulların sayı 6-ya yüksəlib.

ETO-nun sədri Metin Gülər ​​sözügedən mövzu ilə bağlı deyib: “Adları Əskişəhərlə paralel səslənən məhsullar vardır. Şəhərə xas məhsulları qorumaq, adlarını və gələcəyini təmin etmək üçün qeydiyyat işlərinə böyük əhəmiyyət veririk. Əskişəhərdə son 5 ildə gördüyümüz işlərlə coğrafi olaraq işarələnmiş məhsulların sayını artıb”.