Türkiyənin Çorum bölgəsində diş müalicəsindən çıxandan sonra dostu ilə gəzən İrem Arın qəfil pisləşib və yerə yıxılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, özəl xəstəxanaya aparılan Arını həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Hitit Universiteti Fən-Ədəbiyyat Fakültəsi 4-cü kurs şagirdi İrem Arın dünən Ağız və Diş Sağlamlığı Mərkəzinə gedib. Diş müalicəsindən sonra dostu ilə Qazi küçəsində gəzən Arın qəfil pisləşib və yerə yıxılıb. Həkimlərin bütün səylərinə baxmayaraq Arını xilas etmək mümkün olmayıb.
İremin cansız bədəni ölüm səbəbinin müəyyən edilməsi üçün Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb.