Dövlət satınalmalarının əhatə dairəsi artırılmalı, bu siyasəti həyata keçirən müvafiq orqanın inzibatçılığı güclənməlidir. SİA xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası zamanı deyib.
O, həmçinin, qeyd edib ki, satınalmaların planlaşma mərhələsinin əhəmiyyətliliyi artırılmalı, şəffaflıq və hesabatlığın artırılması ilə bağlı tədbirlər davam etməlidir.