"...Yaxın 24 saat ərzində ABŞ Ukraynaya hərbi yardımla dolu yeddi təyyarə göndərəcək”.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü məlumat verib.
Qeyd edək ki, bundan bir qədər əvvəl Ağ Evin sözçüsü Cen Psaki həftə sonu hərbi yük daşıyan 4 təyyarənin Amerikadan Ukraynaya göndəriləcəyini bildirmişdi. Başqa bir təyyarə 18 aprel bazar ertəsi göndərilib.
Yeri gəlmişkən,
ABŞ Ukraynaya veriləcək silahların siyahısını genişləndirmək istəyir. Verilən ehtimallara görə, yeni yardım paketi 750 milyon dollara başa gələ bilər.
Bu arada Ukrayna Prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak Avropa İttifaqı ölkələri və ABŞ-ın Ukraynanı “yanlış silah”la təmin etdiyi üçün döyüşlərin “çox uzun” vaxt aldığını bildirib.
Ağasəf Babayev