Cənubi Afrika Respublikasının (CAR) Kvazul-Natal əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 448-ə çatıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli INC telekanalı məlumat yayıb.
Qeyd olunur ki, gün ərzində 5 nəfərin meyiti tapılıb. Daha 60 nəfər itkin düşmüş hesab edilir.
Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa aprelin 18-də ölkədə ümummilli fəlakət rejiminin tətbiq olunduğunu elan edib. Onun sözlərinə görə, ölkədə humanitar fəlakət baş verib və çoxlarının təcili yardıma ehtiyacı var.