Türkiyə Polşa vətəndaşlarına viza rejimi tətbiqinə son qoydu

20 Aprel 2022 02:28 (UTC+04:00)

Polşa Respublikası vətəndaşlarının Türkiyəyə turistik məqsədli səyahətlərində vizadan azad olunmasını nəzərdə tutan qərar “Resmi Gazete”də dərc edilərək qüvvəyə minib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Gazete”nin bugünkü sayında dərc olunan qərara əsasən, Polşa respublikası vətəndaşlarından Türkiyəyə turist məqsədli səyahətləri və tranzit keçidlərində viza tələb edilməyəcək. Onlar 180 gün ölkədə qala biləcəklər.