İlon Mask “Twitter”i tamamilə alır

19 Aprel 2022 23:49 (UTC+04:00)

"Tesla" və "SpaceX"in baş direktoru İlon Mask (Elon Musk) "Twitter" sosial media şirkətini satın almaq təklifinin qəbul ediləcəyi təqdirdə direktorlar şurasına maaş verilməyəcəyini bildirib.

SİA xəbər verir ki, "Twitter" hesabındakı paylaşımında İ.Mask bildirib: "Twitter"i alsam, şirkətin idarə heyətinə rəhbərlik edəcək şəxslərə maaş verilməyəcək. Beləcə, ildə 3 milyon dollara qənaət olunacaq".

Bundan əvvəl "Twitter"in 9,2 faiz səhmlərini alan İlon Mask aprelin 14-də Amerika Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verdiyi açıqlamada bütün "Twitter" üçün hər bir səhmə 54,2 dollar təklif etmişdi.