Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

19 Aprel 2022 23:40 (UTC+04:00)

Türkiyədə yeni tip korona virusundan (Covid-19) aprelin 19-da 23 nəfər dünyasını dəyişib.

Bir gündə 162 min 855 test edilib. Gündəlik yoluxma sayı 4.217-dir.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 16.561-dir.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 147 milyon 369 min 656-ya yüksəlib.