Məşhur sima Mert Nobre keçmiş komanda yoldaşı Aleks de Souza ilə bağlı diqqətçəkən faktı açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Nobre Aleksin Super Liqada iki komandadan məşqçilik təklifi aldığını, lakin hər ikisindən imtina etdiyini bildirib.
Məşqçilik karyerasını şüurlu və mərhələli şəkildə inkişaf etdirmək istəyən Aleksin "Fənərbaxça"nı idarə etmək arzusundadır. Daha əvvəl TRT Spordan Yasin Dallıya danışan Nobre, "Alekslə danışıram, onun arzusu və məqsədi bir gün "Fənərbaxça"ya məşqçi kimi qayıtmaqdır" deyib.
Ayşən Vəli