Bu, bir valideynin çəkə biləcəyi ən böyük acıdır

19 Aprel 2022 13:50 (UTC+04:00)

Futbolçu Messi ilə birlikdə dünyanın ən böyük futbolçusu kimi tanınan, “Manchester United” forması geyinən Kristiano Ronaldo bu dəfə qırdığı rekordla deyil, yaşadığı acı xəbərlə gündəmə gəlib. SİA-nın xarici mətbuata əsasən verdiyi məlumata görə, portuqaliyalı dünya ulduzu Ronaldo yeni doğulan oglunun öldüyünü açıqlayıb.

"İnstaqram" hesabından verdiyi acı xəbərdə o, yeni doğulan əkizlərindən birinin dünyasını dəyişdiyini paylaşıb.

Ronaldo açıqlamasında “Bu, bir valideynin çəkə biləcəyi ən böyük acıdır. Qızımızın dünyaya gəlməsi indi bizə bir az da olsa güc, ümid və xoşbəxtlik verir. Əziz oğlum, sən bizim mələyimizsən. Biz həmişə səni sevəcəyik" deyib.

Qeyd edək ki, Ronaldo 28 oktyabr 2021-ci il tarixində paylaşım edərək Georgina Rodriguez ilə əkiz uşaq sahibi olacağını açıqlamışdı.

2010-cu ildə ilk dəfə ata olan Ronaldonun 2 qız və 2 oğlan olmaqla 4 övladı var. Onun 4 uşağından 3-ü daşıyıcı anadan dünyaya gəlib.

Günay İsmayıllı