Azərbaycanlılar bütün dünyada birləşir - ŞƏRH EDİLDİ

19 Aprel 2022 11:01 (UTC+04:00)

"İlk növbədə Ulu Öndər azərbaycançılıq ideyasını yeni bir mərhələ və statusa qaldırdı. Biz bilirik ki, dünyada 50 milyondan çox etnik azərbaycanlı yaşayır. Onlardan 10 milyonu Azərbaycanda, 2 milyon yarımdan çoxu Rusiyada, yarım milyondan çoxu isə Ukraynadadır". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, bir çox ölkələrdə azərbaycanlıların mövqeyi çox güclüdür: "Amma onların bütün qüvvəsini birləşdirmək Ulu Öndərin səyləri nəticəsində başlayıb. Cənab Prezident də bu siyasəti uğurla davam etdirir. Biz bu siyasətin günü-gündən bəhrəsini görürük və Azərbaycanlılar bütün dünyada birləşir".

Deputat sözlərinə belə davam edib: "Cənab Prezidentin beynəlxalq siyasətinin bir qolu da buraya istiqamətlənib. Biz də bu ənənəni davam etdirəcəyik və çalışacağıq ki, diaspor inkişaf etsin.

Burada xüsusilə diasporda fəaliyyət göstərən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu göstərmək olar. O iki il yarımdır diasporun sədri kimi fəaliyyət göstərir. İndiyə kimi 45-50 ölkədə fəaliyyəti olub və azərbaycanlılarla görüşüb".

Ayşən Vəli