Putin bu gün Paşinyanla görüşəcək

19 Aprel 2022 10:10 (UTC+04:00)

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.

SİA xəbər verir ki, onlar Qarabağ üzrə üçtərəfli sazişlərin icrasını, həmçinin regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri də müzakirə edəcəklər.

Eyni zamanda, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının icrasının gedişatı da müzakirə mövzusu olacaq.