Hadisə ABŞ-ın Texas ştatında yaşanıb.
SİA-nın əldə etdiyi məlumata görə, gecə saatlarında xidmət aparan polis sürücüsü olmayan avtomobili saxlayıb.
Bu zaman məlum olub ki, avtomobilin salonunda sərnişin də yoxdur. Yoldan keçənlər bu maraqlı hadisəni telefonla qeydə alıblar. Avtomobilin sahibi olan şirkət də məsələyə münasibət bildirib. Qeyd olunub ki, avtomobil sürücüssüz hərəkət edərkən polis avtomobilinə yol verib və bundan sonra dayanıb. Polis şirkətlə əlaqə saxladıqdan sonra məsələ yoluna qoyulub.