Süni intellekt yaradıcılıqda tətbiqini tapıb

19 Aprel 2022 01:58 (UTC+04:00)

Tayvanın “Appier” informasiya texnologiyaları şirkətinin mütəxəssisləri süni intellektə reklam şüarları yaratmağı öyrədiblər.

Mütəxəssislər marketinq kampaniyaları üçün skriptlərin yazılmasında süni intellektin istifadəsindən danışıblar.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, alimlər süni intellektdən yaradıcılıqda istifadəni tapıblar.

Mütəxəssislər əvvəllər təsdiqlənmiş reklam şüarları əsasında marketinq kampaniyaları yaratmaq üçün xüsusi riyazi model öyrədiblər. Onların təsvir etdiyi neyron şəbəkəsi gündə demək olar ki, 30 milyard sorğunu emal etmək qabiliyyətinə malikdir.