Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

19 Aprel 2022 01:11 (UTC+04:00)

Türkiyədə yeni növ koronavirusdan (Covid-19) aprelin 18-də 19 nəfər dünyasını dəyişib.

Bir gündə 164 min 493 test edilib. Gündəlik yoluxma sayı 4.542-dir.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 15.624-dür.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 147 milyon 351 min 467-yə yüksəlib.