Məşhur futbolçu "İnter Mayami" ilə müqavilə imzaladı

18 Aprel 2022 15:52 (UTC+04:00)

"Atletiko Madrid"in uruqvaylı ulduzu Luis Suares bu yay İspaniya komandasını tərk edəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, adı "Fənərbaxça" və "Beşiktaş"la hallanan Luis Suaresin "İnter Mayami" ilə anlaşdığı öyrənilib.

Hücumçu çatışmazlığı olan “Fənərbaxça” və “Beşiktaş” növbəti mövsüm iddialı heyət qurmaq üçün Luis Suaresi gündəmə gətirib. Kadıköy və ya Beşiktaşa gələ biləcək Suares Mayamiyə üstünlük verib.
Devid Bekhemin sahibi olduğu "İnter Mayami" ilə müqavilə imzalayan Suares gələn mövsüm ABŞ-da çıxış edəcək.

Bu mövsüm "Atletiko"nun heyətində 40 oyunda 13 qol vuran Suares, Bekhemin Edinson Kavani layihəsinə görə ABŞ-a getməyə razılaşıb.