Bu layihə davamlı olacaq - ŞÖBƏ MÜDİRİ DANIŞDI

18 Aprel 2022 14:04 (UTC+04:00)

“Bu gün keçirdiyimiz layihə “Təmiz heykəl” layihəsidir. Bu layihədə bizim xalq rəssamları, gənc rəsamlar, bir çox mədəniyyət xadimləri iştirak edir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyinin muzey, sərgi və qaleriyalar şöbəsinin müdiri Nərgiz Abdullayeva bildirib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi istər regionlarda, istərsə də Bakıda heykəllərin təmizlənməsi və insanların maarifləndirilməsindən ibarətdir: “Bu gün keçirilən tədbir sonuncu olmayacaq və mütəmadi olaraq davam etdiriləcək. Hazırda layihəyə Xurşudbanu Natavanın heykəlinin təmizlənməsi ilə başlanıldı. Təbii ki, bütün heykəllərin təmizlənməsini bir günə sığdırmaq mümkün deyil. Lakin bu gün içərisində bir çox şəxsiyyətlərimizin heykəllərinin təmizlənməsi nəzərdə tutulub”.

Səbinə Hüseynli