"Mürəkkəb varlıq olan insanın nələrə qadir olduğunu hər hansı bir situasiyada anlamaq mümkündür. Söyüş söymək əsasən şüursuz əqli nəticə adlanır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, burada "əqli nəticə" ifadəsi məcazi mənada işlənir: "Çünki proses sonluq etibarilə əqli nəticəyə bənzəyir. Lakin təbiətinə görə bu proses əqli nəticədən fərqlənir. Sanki subyekt düşünür, lakin düşünmədən bu prosesi icra edir".
Psixoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, şüursuz əqli nəticə xülyavi dərketmə hallarında baş verir: "Prosesin şüursuzluğu nəticəsində şüurlu cəhdlər ona təsir edə bilmir. Bununla da subyekt başa düşür ki, onun qavrayışı yanlışdır. Amma başqa cür qavrayışı mümkün olmadığından bu söyüşlərdən istifadə edir. Bəzi insanlar düşünür ki, söyərək rahatlayır, sakit olurlar. Daha sonra isə heçnə baş vermədiyi halda söyüş söyməsinin səbəbini anlamağa çalışır. Etdiyi hərəkətin mənasızlığını başa düşdükdə üzrxahlıq edirlər. Odur ki, emosional halda olan qadının da, kişinin də söyüş söyməyi şüursuz əqli nəticə kimi qiymətləndirilir".