"Ata ocağı" serialında ayrılıq yaşandı

18 Aprel 2022 10:27 (UTC+04:00)

Baş rollarında xalq artistləri Qurban İsmayılov, Həmidə Ömərova, əməkdar artist Mehriban Xanlarova iştirak edən "Ata ocağı" serialında ayrılıq yaşanıb. SİA xəbər verir ki, məşhur Azərbaycan serialından aktyorlar Corc Qafarov və Fəridə Şahbazova ayrılıb.

Artıq onların olduğu səhnələrin çəkilişləri də yekunlaşıb. Aktyorların canlandırdığı Vəfa və Ramiz obrazları ölərək serialla vidalaşıb. Serialın bu mövsüm final edib-etməyəcəyi isə məlum deyil.