Yuxu çatışmazlığı və diabet arasında əlaqə tapılıb

18 Aprel 2022 06:21 (UTC+04:00)

Britaniyalı yuxu gigiyenası mütəxəssisi Stiv Payn yuxu çatışmazlığı ilə 2-ci tip diabet arasında əlaqə tapdığını deyir. Bundan əlavə, onun sözlərinə görə, şəkərli diabet hallarının çoxu hansısa şəkildə oturaq həyat tərzi ilə bağlıdır.

SİA-nın məlumatına görə, bu barədə “Medic Forum” yazır.

“Bir neçə ildir ki, yuxusuzluq və xüsusilə gənclərdə şəkərli diabetə tutulma riski arasında əlaqə olduğu məlumdur. Alimlər müəyyən ediblər ki, 40 yaşdan aşağı insanlar yuxusuzluqdan əziyyət çəkirlərsə, xüsusilə şəkər xəstəliyinə tutulma riski altındadırlar”. Bunları Stiv Payn deyir.

O qeyd edib ki, şəkərli diabet orqanizmin insulinə həssaslığını itirdiyi, hüceyrələrin qanda şəkəri qəbul etməsinə mane olduğu hallarda özünü göstərə bilər. Peynin sözlərinə görə, kifayət qədər yuxu olmaması yüksək hemoglobin səviyyələri ilə əlaqələndirilə bilər ki, bu da öz növbəsində diabetə gətirib çıxarır.

Nazlı Babayeva