Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatında sonuncu finalçı bəlli olub.
SİA-nın əldə etdiyi məlumata görə, "Çelsi" yarımfinalda Səudiyyə Ərəbistanının "Əl-Hilal"ına 1:0 hesabı ilə qalib gələrək finala adını yazdırıb. Yeganə qolu 32-ci dəqiqədə Romelu Lukaku vurub.
Beləliklə, London təmsilçisi finalda Braziliya "Palmeyras"ına rəqib olub.
Qeyd edək ki, həlledici görüş fevralın 12-də keçiriləcək.