“Rus generallar qorxduqları üçün hücum etmirlər...”

18 Aprel 2022 00:21 (UTC+04:00)

"...Rusiya generalları Ukraynada hücum əməliyyatlarına razı deyillər, çünki döyüş meydanında ölməkdən qorxurlar. Rusiya Federasiyası silahlı qüvvələrinin səkkiz generalının Ukraynada məhv edilməsi faktının artıq təsdiqlənməsi çoxlarını qorxudur”.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov milli telemarafonun efirində bildirib.

“Rusiya generallarında təkcə bir səbəbdən “homogenlik” yoxdur - indiki mərhələdə səkkiz generalın öldürüldüyü dəqiq təsdiqlənib və təbii ki, bu faktor həqiqətən onların çoxunu qorxudur”, - deyə Budanov bildirib.

Yeri gəlmişkən, bildirək ki, bu gün Rusiya Ukraynanın bir sıra yaşayış məntəqələrini nəzarətə götürə bilib. Amma hazırda müdafiə nazirinin müavini Anna Malyarın dediyi kimi, düşmən Ukrayna ordusu tərəfindən saxlanıldığı üçün Ukraynanın şərqinin bəzi bölgələrində aqressiv hücuma keçə bilmir.

...Yəni bu gün ruslar Ukraynada itirdikləri 20,3 min canlı qüvvənin daha da böyüməsindən qorxurlar.

Ağasəf Babayev