Müslüm Maqomayevin 80 illik yubiley gecəsi keçiriləcək

17 Aprel 2022 15:07 (UTC+04:00)

Oktyabr ayının 29-u Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin 80 illik yubiley gecəsi keçiriləcək.

Bu barədə SİA-ya saraydan məlumat verilib.

Gecədə M.Maqomayevin unudulmaz nəğmələrini dünyanın tanınmış incəsənət nümayəndələri ifa edəcək.

Konsertin biletləri artıq satışa çıxarılıb.