Liviya sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində 35 nəfərin həyatı təhlükə qarşısında qalıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı açıqlama yayıb.
Məlumatda bildirilir ki, miqrantlardan 6 nəfərinin cəsədi tapılsa da, 29-nun axtarışları davam etdirilir.
Qeyd edək ki, bu həftə Liviya sahillərində azı 53 miqrant həlak olub və ya itkin düşüb.