KİV: Le Pen külli miqdarda mənimsəmədə təqsirləndirilir

16 Aprel 2022 23:51 (UTC+04:00)

Avropa Fırıldaqçılıqla Mübarizə Ofisi (OLAF) Fransa prezidentliyinə namizəd, ultrasağ Milli Cəbhə partiyasının rəhbəri Marin le Peni və yaxınlarını 600 000 avro vəsaiti mənimsəməkdə ittiham edir.

SİA APA-ya istinadən xəbər verir ki, qurum Le Peni Avropa Parlamentinin deputatı olduğu dövrdə İttifaqa məxsus vəsaiti mənimsəməkdə təqsirləndirir. Bu barədə ötən ay Fransanın hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda işi Paris şəhər prokurorluğu araşdırır.

Ofisin məlumatına görə Le Pen və digər 3 deputat - Jan-Mari Le Pen (Marin le Penin atası), Lui Alyo və Brüno Kolniş ümumilikdə 600 000 avro mənimsəyiblər. Le Pen təkbaşına 2004-2017-ci illərdə Avropa Parlamentinin 137 000 avro vəsaitini mənimsəyib.

Təqsirləndirilən şəxsin vəkili 10 il əvvəl baş vermiş hadisənin niyə məhz prezident seçkisi dövründə ortaya çıxmasından təəccünləndiyini bildirib.