İnsanda xərçəng yaradan qidalar

16 Aprel 2022 22:56 (UTC+04:00)

İnsanın xərçəngə yoluxub bu xəstəliyin inkişafına səbəb onun yanlış qidalanması səbəb olur.

SİA xəbər verir ki, bunu Gazeta.ru-ya müsahibəsində dietoloq, tibb elmləri doktoru Mixail Ginzburq deyib.

Həkim qeyd edib ki, şirniyyatlar orqanizm üçün xüsusilə təhlükəlidir, orqanizmdə iltihabi prosesləri təhrik edir və xərçəngə səbəb olur.

“...Əsasən qadınlarda kolon xərçəngi, prostat xərçəngi, süd vəzi xərçəngi, uşaqlıq yolu xərçəngi daha çox bu məhsullarla əlaqələndirilir. Hər hansı qənnadı məmulatları və sürətli karbohidratlar iltihaba və qlükoza səviyyəsinin artmasına səbəb olur”-deyə Ginsburq bildirib.

Bundan başqa, onun sözlərinə görə, fast food və istənilən qızardılmış və yağlı qidaların tərkibində olan trans yağlar da təhlükəli nəticələrə səbəb olur. Dietoloqun sözlərinə görə, kolon xərçənginin inkişafına gündə bir neçə dəfə yeyilən kolbasa və sosiskalar da səbəb ola bilər.

Ginzburq qeyd edib ki, zərərli qidaların üstünlük təşkil etdiyi balanssız qidalanma təkcə onkologiyanı deyil, həm də həyati təhlükəsi az olmayan digər xəstəlikləri də təhdid edir.

Nazlı Babayeva