2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib - DİM

16 Aprel 2022 17:11 (UTC+04:00)

IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən məlumata görə, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Qeyd edilib ki, imtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.