Niyamla Aynur evlilik qərarı alıb - MÜĞƏNNİ AÇIQLADI

16 Aprel 2022 16:10 (UTC+04:00)

"10-da görüşək" proqramında qonaq olan Niyam Salami bir müddətdir adı eşq dedi-qodularında hallanan müğənni Aynur Dadaşova ilə evlənəcəyini açıqlayıb. SİA xəbər verir, Niyam həmkarı ilə artıq sevgi münasibətlərinin yarandığını söyləyib.

Müğənni, "Aynurla evlilik fikrimiz var. Artıq aramızda sevgi münasibəti yaranır. Bəylik kostyumu da axtarırıq. Bu yay toy düşünürük”,- deyə bildirib.