Özüm də DİM-in “Facebook” səhifəsini izləyirəm - Məleykə Abbaszadə

16 Aprel 2022 13:29 (UTC+04:00)

“Mən özüm də bizim “Facebook” səhifəmizi izləyirəm”. SİA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib.

Məleykə Abbaszadə bildirib ki, DİM bütün müraciətləri diqqətdə saxlayır.

“Əmin ola bilərsiniz ki, sizin nəticələriniz tam ədalətli şəkildə yoxlanılır”, - Məleykə Abbaszadə vurğulayıb.