"Mançester Siti"nin sahibləri İtaliyanın məşhur klubunu alır

16 Aprel 2022 13:05 (UTC+04:00)

İngiltərə təmsilçisi "Mançester Siti"nin sahibi olan "City Football Group" korporasiyası daha bir klubu almaq istəyir. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, şirkət İtaliya "Palermo"su üçün ilkin danışıqlara başlayıb.

Siciliya təmsilçisinin tezliklə "City Football Group"a qoşulacağı gözlənilir.

Qeyd edək ki, "Palermo" 2019-cu ildə müflis elan ediib. Daha sonra yenidən dirçələn klub C Seriyasına yüksəlib. "City Football Group" dünyada "Mançester Siti"dən başqa daha 9 klubun sahibidir.