Gürcüstanın mədəniyyət xadimləri Şuşaya gediblər

16 Aprel 2022 11:21 (UTC+04:00)

Gürcüstanın mədəniyyət xadimləri, türkoloqlar, ekoloqlar və bloqerlərdən ibarət nümayəndə heyəti Şuşaya gedib. SİA xəbər verir ki, səfər çərçivəsində şəhərin tarixi, dini, memarlıq abidələri, o cümlədən mərkəzi meydanı, qala divarları, Cıdırdüzü kimi yerlərlə tanışlıq nəzərdə tutulur.

Ötən gün isə Gürcüstan nümayəndələri Füzuli və Cəbrayılda olublar.