Hansı şirniyytlar bizim orqanizmamızı məhv edir? - MƏŞHUR DİETOLOQ AÇIQLADI

16 Aprel 2022 11:29 (UTC+04:00)

Yüzlərlə növ şirniyyat arasından şirniyyat həvəsinizi sakitləşdirəcək və sağlamlığınıza zərər verməyəcək seçimlər etmək nəinki çəki nəzarətini asanlaşdırır, həm də bədəninizin artıq kalori və şəkərlə mübarizəsini asanlaşdırır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bəs hansı növ şirniyyatlar yeyilməlidir? Mütəxəssis Dietoloq Aslıhan Küçük Budak desert seçərkən nələrə diqqət etməli olduğumuzdan danışdı.

Onun sözlərinə görə, ucuz olduğu üçün yüksək fruktoza qarğıdalı şərbətindən bir çox qablaşdırılmış desertlərdə istifadə olunur: "Bu şərbət qaraciyər yağlanmasını və 2-ci tip diabet riskini artırır. Paxlava, kadayıf kimi şərbətli desertlər isə həddindən artıq kalori qəbulu səbəbi ilə metabolik sindrom və piylənmə kimi həyati təhlükəsi olan xəstəliklərin qapısını açır. Lakin bəzi şirniyyatlar var ki, onlar bizim orqanizmamıza zərər vermir. Bəs həmin desertlər hansılardır? Bunlar südlü və meyvəli deserlərdir. Belə qidaların içərisində kalsium, fosfor və c vitamini və mineral olduğu üçün həmin şirniyyatlar bizdə narahatlıq yaratmır.