ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Günəş sistemində indiyə qədər görülmüş ən böyük quyruqlu ulduz kəşf etdiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ilk dəfə 2010-cu ildə fərq edilmiş və Hubble Kosmik Teleskopu tərəfindən təsdiqlənmiş quyruqlu ulduzun eni 137 km, çəkisi isə 500 trilyon tondur. Normaldan 50 dəfə böyük olan ulduz onu kəşf edən astronomlar Pedro Bernardinelli və Qari Bernşteynin şərəfinə Bernardinelli-Bernstein adlandırılıb. Quyruqlu ulduzun saatda 35 min km sürətlə hərəkət etdiyi, lakin Yer üçün təhlükə yaratmadığı açıqlanıb.