"İnter" qalib gəldi

16 Aprel 2022 02:12 (UTC+04:00)

"İnter" A seriyasında növbəti oyununa çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, Milan təmsilçisi 33-cü turda "Speziya" ilə qarşılaşıb. Matç "İnter"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "İnter" hazırda turnir cədvəlində 69 xalla 2-ci, "Speziya" isə 33 xalla 15-cidir.

"Speziya" - "İnter" - 1:3

Qollar: Maqqyor, 88 - Brozoviç, 31, Martines, 73, Sançes, 90+3