Xarkovda evakuasiya avtobusunda yanğın baş verib

15 Aprel 2022 23:58 (UTC+04:00)

Ukraynanın Xarkov vilayəti prokurorluğundan verilən yazılı açıqlamada ötən gün Rusiya qüvvələrinin bölgədə evakuasiya avtobusunu atəşə tutduğu bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 2022-ci il aprelin 14-də İzyumun Borova kəndində rus əsgərləri dinc əhalinin təxliyə edildiyi avtobusları atəşə tutub. İlkin məlumatlara görə, 7 nəfər ölüb, 27 nəfər yaralanıb.

Hadisə şahidlərinin rus əsgərlərini görən avtobus sürücülərinin səkidə dayanaraq əllərini qaldıraraq nəqliyyat vasitələrindən düşdüyünü, lakin rus əsgərlərinin yenə də insanlara atəş açdığını bildiriblər. Hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.