Aktrisa illər sonra etiraf etdi - AKTRİSA ETİRAF ETDİ

15 Aprel 2022 20:12 (UTC+04:00)

TV8-də yayımlanan "İkinci sayfa" proqramına açıqlama verən aktrisa Seda Demir tanındığı serial "Yaprak Dökümü"nün çəkimlərində yaşadığı travma barədə etiraf edib. SİA xəbər verir ki, serialda anası rolunda çəkilən Bedia Ener gənc aktrisaya "Sən əsla səsinlə hansısa serialda oynaya bilməzsən, səsin çox pisdir" fikirlərini səsləndirib.

Seda Demir bu sözlərdən sonra psixoloji travma aldığını açıqlayıb: "Sözləri mənə elə təsir etdi ki, 7-8 il səsimdən utandım".