Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI

15 Aprel 2022 16:50 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 7 549 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 659, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 521, üç və daha çox doza vaksin vurduranların sayı 5 928, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 441 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 582 353, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 333 499, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 835 459, üç və daha çox doza vaksin vurduranların sayı 3 177 699, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 235 696 təşkil edir.