Fransa öz səfirliyini çox yaxında paytaxt Kiyevə köçürəcək

15 Aprel 2022 16:55 (UTC+04:00)

Fransa Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya hücumlarının başlamasından sonra Fransanın Ukraynanın Lvov şəhərindəki səfirliyini “çox tezliklə” paytaxt Kiyevə köçürəcəyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya fevralın 24-də Ukraynaya hücumlara başladıqdan sonra, martın əvvəlində Fransa da bir çox ölkələr kimi səfirliyini Ukraynanın paytaxtı Kiyevdən Lvov şəhərinə köçürüb. Fransa Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Fransanın öz səfirliyini "çox yaxında paytaxt Kiyevə köçürəcəyi" ifadə edilərək, "Bu yerdəyişmə çox yaxında reallaşacaq və Fransa bütün bölgələrdə Ukraynada olacaq" - deyə, bəyanatda deyilir.

Bildirilib ki, Fransa xarici işlər naziri Jan-İv Le Drian bu gün telefon danışığında Ukraynanın xarici işlər naziri Dmitro Kulebaya səfirliklə bağlı qəbul edilən qərar barədə məlumat verib. Bildirilib ki, tərəflər həmçinin Fransanın “Rusiya qüvvələri tərəfindən törədilən sui-istifadələrə dair sübutların toplanması və sənədləşdirilməsi”, eləcə də humanitar yardım əməliyyatları və hərbi texnika ilə təmin olunmasını müzakirə ediblər.

Digər tərəfdən, indiyə qədər Çexiya, Sloveniya, Litva və Türkiyə Kiyevdəki səfirliklərini yenidən açdıqlarını açıqlayıblar.