Azərbaycanda iki ay ərzində 20 462 körpə doğulub

15 Aprel 2022 15:38 (UTC+04:00)

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində 20 462 doğulan körpə qeydə alınıb.

SİA-nın məlumatına görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 12,6 təşkil edib.

Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,3 faiz, qızların xüsusi çəkisi isə 46,7 faiz olmuşdur. Körpələrdən 616-sı əkiz, 33-ü isə üçəm doğulanlardır.